İran Azərbaycan Tibb Universitetinin diplomlarının tanınması məsələsini araşdırır

İran Azərbaycan Tibb Universitetinin diplomlarının tanınması məsələsini araşdırır
# 25 sentyabr 2013 11:32 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Hazırda İran Azərbaycan Tibb Universitetinin diplomlarının tanınması məsələsini araşdırır”. APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, diplomların tanınması ilə bağlı İranın daxilindəki universitetlərdə də problemlər yaşanır: “Bəzən bu proses uzun çəkir və müəssisələr tərəfindən təsdiqlənmir. Həmin hal Azərbaycan universitetlərin diplomların tanınması prosesində də yaşanır. Bəziləri artıq təsdiqlənib, bəziləri də təsdiqlənmək üzrədir. Amma deməliyəm ki, Azərbaycanda təhsil alan iranlı tələbələrin diplomları, bütün sənədlər gələcəkdə İranda təsdiq oluna bilər. Qalan digər universitetlər, o cümlədən Tibb Universitetinin diplomunun tanınması məsələsi də hazırda araşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR