AMEA-nın İnnovativ Layihələrinin Ekspertizası və Koordinasiyası Şurasının yaradılması haqqında qərar qəbul olunub

AMEA-nın İnnovativ Layihələrinin Ekspertizası və Koordinasiyası Şurasının yaradılması haqqında qərar qəbul olunub
# 06 noyabr 2013 13:41 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında İnnovativ Layihələrinin Ekspertizası və Koordinasiyası Şurasının yaradılması haqqında məruzə dinlənilib.

APA-nın məlumatına görə, sözügedən məsələ ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edib. O bildirib ki, ölkədə elmi tədqiqatların nəticələrinin iqtisadiyyatın müxtəlif sferalarına geniş tətbiqi zərurəti yaranıb: “Bu, elmi fəaliyyət sahəsində innovativ mexanizmlərin tətbiqi istiqamətində islahatların vacibliyini də önə çıxarır. Elmi fəaliyyətə yönəldilən maliyyə vəsaitlərinin səmərəliliyinin artırılması üçün müasir standartlara uyğun tədqiqatların beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilməsi mexanizminin tətbiqi qarşısında duran mühüm məsələdir”.

İ. Quliyevin çıxışı bitdikdən sonra təklif müzakirə olunub. Qərara gəlinib bu istiqamətdə işlər davam etdirilsin və səslənən təkliflər də nəzərə alınsın. Sonda müəyyən əlavələr olunması şərti ilə AMEA-nın İnnovativ Layihələrinin Ekspertizası və Koordinasiyası Şurasının yaradılması haqqında qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR