Müsavat Partiyası AXCP ilə bağlı moratoriumu ləğv edə bilər

Müsavat Partiyası AXCP ilə bağlı moratoriumu ləğv edə bilər
# 14 yanvar 2014 15:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası müxalifət qüvvələri arasında ittihamlara birtərəfli qaydada moratorium qoyulması haqqında qərarını ləğv edə bilər.

Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı bildirib.

R.Əmiraslanlı Müsavat funksionerləri tərəfindən moratoriumun pozulmasına münasibət bildirərək, bu kimi hallarla rastlaşmayıb, partiyanın hazırkı qərarına hörmətlə yanaşıldığını qeyd edib. Onun sözlərinə görə, Müsavat Partiyası qarşı tərəfi ittiham etməsə də, AXCP rəhbərliyinə daxil olan şəxslərin Müsavata qarşı hücumları göz qabağındadır: “Buna görə də AXCP fəallarının aramsız ittihamları ilə əlaqədar biz öz qərarımıza yenidən baxa bilərik. Müsavat Partiyasının fəalları ittihamlara cavab vermək üçün moratoriumun aradan qaldırılması təklifi ilə çıxış ediblər. Əgər qarşı tərəfin ittihamları dayanmasa, biz moratoriumu ləğv etməyə məcbur olacağıq”.

Xatırladaq ki, Müsavat Partiyasının Milli Şuradan çıxması ilə əlaqədar AXCP ilə münasibətləri gərginləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR