Gəncədə yaşayış evindən xeyli miqdarda qızıl və pul oğurlanıb

Gəncədə yaşayış evindən xeyli miqdarda qızıl və pul oğurlanıb
# 15 noyabr 2013 10:06 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayış evindən qızıl-zinət əşyaları və pul oğurlanıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Gülüstan qəsəbəsində yaşayan, 55 yaşlı Akif Hüseynov polisə müraciət edərək bildirib ki, yaşadığı evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq evə daxil olublar və mənzildən 14 min manat dəyərində müxtəlif çeşidli qızıl-zinət əşyaları və 410 manat pulu aparıblar. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR