Tibb Universitetinin professorları AMEA müxbir üzvlüyünə seçiləcək

Tibb Universitetinin professorları AMEA müxbir üzvlüyünə seçiləcək
# 29 may 2014 16:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) biologiya və tibb elmləri bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun iştirakı ilə bu bölmənin ümumi geniş yığıncağı keçirilib.

ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda Ə.Əmiraslanov “Tibb” ixtisası üzrə AMEA-nın müxbir üzvlüyünə keçirilən seçkilər haqqında məlumat verib. Ə.Əmiraslanov bu yerlərə Tibb Universitetindən olan namizədlərin kimliyini açıqlayaraq bu alimlərin ATU-nun Böyük Elmi Şurası tərəfindən dəstəkləndiyini bildirib. Tibb Universitetinin rektorunun sözlərin görə, namizədlər AMEA tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.

Daha sonra AMEA müxbir üzvlüyünə Tibb Universitetindən olan namizədlər çıxış edib özlərinin elmi fəaliyyəti, əldə etdikləri nailiyyətlərlə bağlı ətraflı məlumat veriblər.

ATU tərəfindən (AMEA) biologiya və tibb elmləri bölməsinə namizədlikləri dəstəklənən alimlər sırasında ATU Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru Paşa Musayev (Qəlbinur) var. Onun kəşf etdiyi “Aktipol” preparatı bu günə qədər dünyada istifadə olunan ən effektli antivirus dərmanlarından biridir.

Qeyd edək ki, AMEA müxbir üzvlüyünə olan yerlərin müəyyənləşdirilməsi üçün seçkilərin nəticəsi gələn ay bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR