Gürcüstan sərhədçiləri kapitanı Azərbaycan vətəndaşı olan gəmini saxlayıblar

Gürcüstan sərhədçiləri kapitanı Azərbaycan vətəndaşı olan gəmini saxlayıblar
# 15 fevral 2014 14:47 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Gürcüstan sərhədçiləri kapitanı Azərbaycan vətəndaşı olan gəmini saxlayıblar.

APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, Türkiyə şirkətinə məxsus və Panama dövlət bayrağı altında üzən gəmi tanınmayan Abxaziya Respublikasının sularına daxil olduğuna və bununla da Gürcüstanın qanunları pozduğuna görə saxlanılıb.

Gəminin kapitanının Azərbaycan vətəndaşı olduğu bildirilib.

Saxlanılan gəmi Poti limanına gətirilib. Gəmi kapitanı və ekipaja qarşı hansı sanksiyaların tətbiq olunacağı bilinmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR