Ukrayna Bakıda keçiriləcək ADEX-2014 sərgisində BTR-4MV zirehli transportyorunu nümayiş etdirəcək - FOTO

Ukrayna Bakıda keçiriləcək ADEX-2014 sərgisində BTR-4MV zirehli transportyorunu nümayiş etdirəcək - <span style="color: red;">FOTO
# 10 iyun 2014 08:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Ukraynanın «Ukroboronprom» Dövlət Konserni sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 müdafiə sənayesi sərgisinə BTR-4MV zirehli transportyorunu gətirməyi planlaşdırır. Bu barədə APA-ya «Ukroboronprom» Dövlət Konsernindən məlumat verilib.

Ukrayna hərbi sənayesinin son məhsullarından olan BTR-4MV Bakıda Azərbaycan və bölgə ölkələrindən olan yüksək rütbəli hərbi nümayəndə heyətlərinə əyani şəkildə nümayiş olunacaq.

Sərgiyə gətiriləcək BTR-4MV BM-7 «Parus» döyüş modulu ilə silahlandırılacaq.

«Ukroboronprom» nümayəndələrinin sözlərinə görə, hazırda bir neçə ölkəyə ixracı həyata keçirilən BTR-4 zirehli transportyorları Azərbaycana da təqdim edilib: «Lakin müəyyən səbəblərdən Azərbaycanla sövdələşməmiz alınmadı. Biz Azərbaycan tərəfinin gələcək seçimi ola biləcəyimizə inanırıq”.

Şirkət mütəxəssisləri hazırda BTR-4-ün Ukrayna silahlı qüvvələri tərəfindən ölkənin şərqində - Donetsk vilayətində separatçılarla döyüşlərdə istifadə olunduğunu, maşının praktik olaraq «imtahandan çıxdığını» bildiriblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR