DİN Azərbaycanda 1 245 677 avtomobilin qeydiyyata alındığını açıqlayıb

DİN Azərbaycanda 1 245 677 avtomobilin qeydiyyata alındığını açıqlayıb
# 28 yanvar 2014 13:47 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə bu gün Daxili İşlər Nazirliyində keçirilən kollegiyada bildirilib.

Qeyd olunub ki, 2013-cü ildə dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 1 245 677 vahid təşkil edib.

Bununla belə, həmin artımın fonunda yol-nəqliyyat hadisələrinin sayı 1,6 faiz və ya 46 fakt, qəzalarda həlak olanların sayı 0,3 faiz, yaxud 4, yaralananların sayı isə 1,6 faiz və yaxud 49 nəfər azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR