Kaliforniyada 2000 nəfər güclü yanğın səbəbindən təcili təxliyə olunub

Kaliforniyada 2000 nəfər güclü yanğın səbəbindən təcili təxliyə olunub
# 17 yanvar 2014 04:46 (UTC +04:00)

Bakı-APA. Ötən gün ABŞ-ın Kaliforniya ştatında yerləşən Qlendor şəhərində xilasedicilər əhalinin təcili evakuasiyasına başlayıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, buna səbəb şəhərin yaxınlığında meşədə tüğyan edən güclü yanğın olub. Məlumata görə, 2000 insan təhlükəsiz yerlərə təxliyə edilib, artıq bir neçə ev yanıb və yanğın hazırda genişlənməkdədir.

Qeyd edək ki, yanğın yanvarın 15-dən davam edir. Yanğının qəsdən törədildiyi ehtimal olunur. Yanğın törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Yanğının söndürülməsinə 700 nəfərdən ibarət canlı qüvvə və helikopterlər cəlb olunub.

Yanğını lokallaşdırmaq hələlik mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR