Qusarda torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün yeni evlər tikilib - FOTO - VİDEO

Qusarda torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün yeni evlər tikilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 noyabr 2013 11:53 (UTC +04:00)

Qusar. Vəli Turan – APA. Qusar rayonu ərazisində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yeni yaşayış evləri tikilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun rayonun Qənərçay kəndi ərazisində 16 fərdi yaşayış evinin inşası başa çatıb.

Qusar rayon İcra Hakimiyyəti başçısının Sudur İnzibati Ərazi Vahidliyinin nümayəndəsi İkram Əsədovun verdiyi məlumata görə, yeni inşa olunan evlərin həyətyanı sahəsi 6 sotdur. Ərazidə 2-3-4-otaqlı, müasir standartlara uyğun evlər inşa olunur. Evlərin 2014-cü ilin əvvəllərində sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR