Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb

Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb
# 19 sentyabr 2013 12:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti 2013-cü ilin yanvar-iyun ayları üzrə 23,7% təşkil edib. «APA-Economics»in hesablamalarına görə, ötən ilin ilk yarısı ilə müqayisədə bu göstərici 7,9 faiz bəndi azalıb.

Cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbətinin illik azalması cari əməliyyatlar hesabı balansının azalması ilə bağlıdır. Belə ki, bu göstərici illik müqayisədə 1,714 mlrd. dollar və ya 21,0% azalıb.

Eyni zamanda, cari əməliyyatlar hesabı balansının qeyri-neft ÜDM-ə nisbəti 43,6% təşkil edib ki, bu da illik müqayisədə 22,4 faiz bəndi azdır.

Qeyd edək ki, Avropanın əksər ölkələrində cari əməliyyatlar hesabının balansı mənfidir. Ümumilikdə, bu göstərici neft və qaz ixrac edən ölkələrdə müsbət olur. Azərbaycanın cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbətinin 23,7%-lik göstəricisi digər ölkələrlə müqayisədə yüksəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR