Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimat mərasimi keçirilib - FOTO - VİDEO

Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 noyabr 2013 17:11 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Noyabr 20-də Nizami Kino Mərkəzində Azərbaycan və Fransanın birgə istehsalı olan "Qafqaza qayıdış" sənədli filminin təqdimat mərasimi keçirilib. APA-nın məlumata görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sözügedən ekran əsəri filmlə turizmin vəhdətidir: “Mən çox sevinirəm ki, ilk addım olmasına baxmayaraq, bizim turizm filmləri festivalında 45 ölkə iştirak edir. Bu, o deməkdir ki, Azərbaycan festivalı uğurla başlayıb və uğurla da davam etdirəcək. İnanıram ki, ən maraqlı filmlər bizim tamaşaçılar və münsiflər heyəti tərəfindən dəyərləndiriləcək”.

Ə. Qarayev son illərdə Azərbaycan-Fransa əlaqələrinin genişlənməsindən də danışıb: “Əlamətdar haldır ki, bizim dostumuz Jerar Depardye bu əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir. Bu film bizim ölkəmizin tanınmasında öz təsirini göstərəcək və Azərbaycanın turizm potensialının daha da təbliğ olunmasında öz rolunu oynayacaq”.

“Qafqaza qayıdış”ın rejissoru və yaradıcı heyətin digər üzvləri bildiriblər ki, filmdə tamaşaçılar A. Dümanın Qafqaza səfəri haqqında dolğun məlumat alacaqlar və ekran əsərində məşhur yazıçının üç kitabının motivlərini görə biləcəklər.

Qeyd edək ki, məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Deviler, ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR