Dow Jones indeksi 0,1%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1% enib, Nasdaq 0,1% yüksəlib
# 06 noyabr 2013 06:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 15 630 bəndədək, S&P 500 0,1% - 1 767 bəndədək enib, Nasdaq 0,1% - 3 942 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə əsas makroiqtisadi göstəricilərin aşıqlanması ərəfəsində onlarla bağlı müsbət gözləntilər təsir edib.

Avropa fond bazarlarında noyabrın 5-də FTSE 100 indeksi 0,3% - 6 747 bəndədək, Almaniya DAX-ı 0,3% - 9 009 bəndədək, Fransa CAC-40-ı isə 0,8% - 4 253 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 313,60 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3511 dollar (+0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR