Azərbaycanın İsveçrədəki səfiri Hökumətlərarası Komissiyanın yeni həmsədri ilə görüşüb

Azərbaycanın İsveçrədəki səfiri Hökumətlərarası Komissiyanın yeni həmsədri ilə görüşüb
# 18 sentyabr 2013 11:03 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrə tərəfindən yeni həmsədri, İsveçrənin Federal İqtisadiyyat Departamentinin ikitərəfli iqtisadi əlaqələr idarəsinin rəhbəri səfir Liviya Leu ilə görüşüb.

Səfir L.Leunu Hökumətlərarası Birgə İqtisadi Komissiyanın İsveçrə tərəfindən yeni həmsədri təyin olunması münasibətilə təbrik edən Ə.Zeynallı Birgə Komissiyanın ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafında oynadığı əhəmiyyətli rola diqqəti cəlb edib, onun həmsədrliyi dövründə də komissiyanın uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu qeyd edib.

İki ölkə arasında siyasi və iqtisadi sahədə son illər uğurla inkişaf edən münasibətlər barədə məlumat verən səfir Azərbaycanla İsveçrə arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlərin iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsinə möhkəm zəmin yaratdığını vurğulayıb.

Görüş zamanı tərəflər Birgə Komissiyanın son iclasından ötən dövr ərzində görülmüş işləri bir daha nəzərdən keçirib, komissiyanın gələn il Bern şəhərində keçirilməsi nəzərdə tutulan növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR