VHP-nin həbsdə olan üzvünün məhkəməsi başlayıb

VHP-nin həbsdə olan üzvünün məhkəməsi başlayıb
# 30 aprel 2014 14:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının həbsdə olan üzvü Ömər Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası isə mayın 13-nə təyin edilib.

Qeyd edək ki, Ö. Məmmədov yanvarın 24-də Bakıda saxlanılıb. Mülki geyimli şəxslər onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıb. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Bakının Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ömər Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

1995-ci ildə Bakıda anadan olan Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2013-cü ildə bir qrup gənclə “Axın” Hərəkatını təsis edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR