Gürcüstanın baş naziri Bidzina İvanişvili Acarıstanda müsəlman icmasının nümayəndələri ilə görüşüb - FOTO

Gürcüstanın baş naziri Bidzina İvanişvili Acarıstanda müsəlman icmasının nümayəndələri ilə görüşüb - <span style="color: red;">FOTO
# 05 oktyabr 2013 21:29 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstan Müsəlman İdarəsinin baş müftisi Cemal Paksadze və Gürcüstanın reinteqrsaiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, müsəlman icmasının nümayəndələri və Çela kəndindən gələn bir neçə nəfər sakin iştirak edib.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüş qapalı keçirilib.

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili jurnalistlərə açıqlamasında bildirib ki, tədbirdə Çela kəndində sökülən minarənin bərpası və Batumidə yeni məscidin tikintisi ilə bağlı məsələlər müzakirə olunub: “Biz müsəlman vətəndaşlarımızı narahat edən digər məsələləri də müzakirə etdik. Qeyd etmək istəyirəm ki, görüş iştirakçıları tədbirdən razı qaldılar”, dövlət naziri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR