Allahşükür Paşazadə Vatikanın Tiflisdəki nunsisinin iqamətgahının Bakıya köçürülməsini təklif edib - FOTOSESSİYA

Allahşükür Paşazadə Vatikanın Tiflisdəki nunsisinin iqamətgahının Bakıya köçürülməsini təklif edib - <span style="color: red;">FOTOSESSİYA
# 04 noyabr 2013 13:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Roma papasının nümayəndəsi, Vatikanın mədəniyyət naziri, kardinal Can Franko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə A. Paşazadə mərhum prezident Heydər Əliyevin zamanında Roma papasının Bakıya olan səfərini xatırladaraq gələcəkdə də katolik kilsəsi ilə Azərbaycanın münasibətlərinin uğurla davam edəcəyinə əminliyini bildirib. O, xüsusilə Heydər Əliyev Fondu və Vatikan arasında mədəni əlaqələrin inkişafından danışaraq oradakı əlyazmaların Azərbaycana qaytarılması və digər görülən işləri buna misal çəkib: “Azərbaycanda bütün dinlərə münasibət yüksək səviyyədədir və belə də davam edəcək”.

Şeyxülislam Vatikanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına xüsusi önəm verdiyini söyləyib və Ermənistan tərəfindən işğal olunan ərazidə dağıdılan məscidlər, kilsələr və digər dini məbədlərin varlığını xatırladıb: “Bu məsələdə Vatikan bizim yanımızdadır və buna görə papaya minnətdarlığımızı bildiririk”.

Azərbaycanın katolik kilsəsi ilə münasibətlərə marağını xüsusi vurğulayan A. Paşazadə Vatikan rəsmisinə təklif də irəli sürüb: “Biz istəyirik ki, müqəddəs taxt-tacın (Vatikanın) nunsisinin iqamətgahı Tiflisdən Bakıya köçürülsün. İqamətgah Bakıda yerləşsə, daha yaxşı olar”.


Kardinal Can Franko Ravazini isə qeyd edib ki, Vatikanda mədəniyyət sahəsi üzrə nazir olduğu üçün Azərbaycandakı bütün dinlərlə mədəni əlaqələrə hazırdır: “Bu sahənin inkişafı barədə həm prezident İlham Əliyevə, həm də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşdə müzakirə apardıq”.

Görüşdə Vatikan təmsilçisinə Bakının tablosu və Nizami Gəncəvinin təsviri əks olunmuş qızıl medalyon təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR