Lənkəranda rayonlararası narkoloji xəstəxananın açılışı olub - FOTO

Lənkəranda rayonlararası narkoloji xəstəxananın açılışı olub - <span style="color: red;">FOTO
# 16 aprel 2014 12:35 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev çıxış edib. Bildirilib ki, DGK-nin təşkilatçılığı və BMT-nin Narkotik Vasitələr və Cinayətkarlıq İdarəsinin dəstəyi ilə 2011-ci il oktyabrın 17-18-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatı ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində DGK-nin təşkilatçılığı ilə “Narkotiklərə yox deyək!” adlı xeyriyyə konserti keçirilib. Konsert zamanı telemarafondan əldə olunan vəsait DGK-nin “Azərterminalkompleks” Birliyinin depozit hesabında toplanıb. DGK toplanılmış vəsaiti Səhiyyə Nazirliyinin 9 yanvar 2012-ci il tarixli razılıq məktubu əsasında Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının inşasına yönəldib.

Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının tikinti işləri DGK-nin 2 fevral 2012-ci il tarixli məktubuna əsasən komitənin struktur bölməsi olan “Azərterminalkompleks” Birliyinə həvalə olunub.

O da bildirilib ki, Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının tikintisi 2012-ci ilin avqustunda başlanıb və 2013-cü ilin iyun ayında başa çatdırılıb.

Nəticədə Lənkəran şəhərində müasir standartlara cavab verən ikimərtəbəli, hər cür avadanlıqlarla təchiz olunmuş 18 çarpayılıq şəfa ocağı hasilə gəlib.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev 2013-cü ilin sonuna olan məlumata görə, respublikada 28 min 400 nəfər narkomanın olduğunu, onlardan 20 000 nəfərinin məhz inyeksiya istifadəçisi olduğunu diqqətə çatdırıb. Nazir müavini bəşəriyyətin ən ağrılı problemlərindən sayılan narkomaniya ilə hamılıqla mübarizəyə qoşulmağın vacibliyini qeyd edərək, bu işdə hüquq-mühafizə orqanları əməkdaşlarının, səhiyyə və təhsil işçilərinin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. E. Ağayev Lənkərandakı Rayonlararası Narkoloji Xəstəxana üçün tikilmiş yeni binada çalışan yaradılmış şəraitdən razı qaldığını, kollektivə öz işlərinə vicdanla, məsuliyyətlə yanaşmağı tövsiyə edib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov isə öz növbəsində yeni şəfa ocağının tikintisində əməyi olan bütün dövlət qurumlarına və əmək kollektivlərinə rayon sakinləri adından minnətdarlığını çatdırıb.

Mərasimdən sonra tədbir iştirakçıları binada yaradılmış şəraitlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR