Azərbaycan Mərkəzi Bank ölkədə orta illik inflyasiyanın 5-6% səviyyəsində proqnozlaşdırır

Azərbaycan Mərkəzi Bank ölkədə orta illik inflyasiyanın 5-6% səviyyəsində proqnozlaşdırır
# 15 avqust 2013 08:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının qiymətləndirməsi ölkədə orta illik inflyasiyanın 5-6% səviyyəsində olacağı ehtimalının daha yüksək olduğunu göstərir.

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bankın I yarım il üzrə hazırladığı «Pul siyasəti İcmalı»nda deyilir.

Eyni zamanda bildirilir ki, Beynəlxalq Valyuta Fondunun son hesabatına əsasən 2013-cü ildə Azərbaycanda orta illik inflyasiyanın 3,4% təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da MDB ölkələri ilə müqayisədə 3,4 faiz bəndi, Mərkəzi və Şərqi Avropa ölkələrindən 1 faiz bəndi aşağıdır.

Mərkəzi Bankın model qiymətləndirmələrinə görə ilin sonuna inflyasiyanın pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında müəyyən etdiyi hədəf çərçivəsində olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2013-cü ilin 6 ayında orta ilik inflyasiya 2% təşkil edib. Hesablamalara görə 2%-lik orta illik inflyasiyanın 0,8 faiz bəndi ərzaq məhsullarının, 0,1 faiz bəndi qeyri-ərzaq mallarının və 1,1 faiz bəndi xidmətlərin qiymətinin artması ilə əlaqədar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR