Azərbaycan Diplomatik Akademiyasında “Xankəndi üçün səs” adlı rəsm sərgisinin açılışı keçirilib - VİDEO - FOTO

Azərbaycan Diplomatik Akademiyasında “Xankəndi üçün səs” adlı rəsm sərgisinin açılışı keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 25 dekabr 2013 15:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, ASAİF-in sədri Ramin Həkimov çıxışında bildirib ki, sərgi 1991-ci il dekabrın 28-də işğal olunmuş qədim Azərbaycan şəhəri Xənkəndinə həsr olunub. O, dekabrın 26-dan etibarən ASAİF-in təşəbbüsü ilə müxtəlif ölkələrdə Xankəndinin işğalına həsr olunmuş kampaniyaya start veriləcəyini söyləyib.

Sərgidə təqdim olunan rəsm əsərlərinin müəllifi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həlimə Ələsgərova sərginin onun həyatında əlamətdar günlərdən biri olduğunu söyləyərək təşkilatçılara minnətdarlıq edib.

ADA-nın prorektoru Fariz İsmayılzadə isə qeyd edib ki, sərginin akademiyada keçirilməsində başlıca məqsəd başqa ölkələrdən olan gəncləri Azərbaycanın yaxın tarixi ilə tanış etməkdir.

Sərgi 1 həftə davam edəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR