Azərbaycan prezidenti Fransa parlamentinin deputatları və senatorlarından ibarət nümayəndə heyəti ilə görüşüb

Azərbaycan prezidenti Fransa parlamentinin deputatları və senatorlarından ibarət nümayəndə heyəti ilə görüşüb
# 31 oktyabr 2013 14:00 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva oktyabrın 31-də Fransa parlamentinin deputatları və senatorlarından ibarət nümayəndə heyəti ilə görüşüblər.

APA-nın məlumatına görə, Fransa parlamentinin deputatları və senatorları İ. Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik ediblər.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumun dünya ölkələri arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə yeni töhfələr verəcəyi vurğulanıb. Azərbaycanla Fransa arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Parlamentlərarası dostluq qruplarının əməkdaşlığının iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsindəki rolu vurğulanıb.

Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR