Vergilər naziri Fazil Məmmədov Şirvanda vətəndaşlarla görüşüb

Vergilər naziri Fazil Məmmədov Şirvanda vətəndaşlarla görüşüb
# 23 avqust 2013 13:14 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Vergilər naziri Fazil Məmmədov bu gün Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsində vətəndaşlarla görüş keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nazir vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, eləcə də vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, Göyçay, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib. Bəzi məsələlər yerində həllini tapıb. Bəzi məsələlərin həlli üçün isə nazir tərəfindən müvafiq göstərişlər verilib.

Qəbula yazılan vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti dövründə üzləşdiyi problemlər, o cümlədən vergi növlərinin və vergi dərəcələrinin azaldılması təklifi ilə nazirə müraciət ediblər. Qəbulda müxtəlif rayonlardan 70-dən artıq sahibkar iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR