Qaxda sahibkarlar üçün treninq keçirilib

Qaxda sahibkarlar üçün treninq keçirilib
# 23 noyabr 2013 09:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Qax rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, treninq “Biznes planların və investisiya layihələrinin hazırlanması” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında olub.

Tədbirdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmış, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzusunda təqdimat keçirilib.

Tədbir iştirakçılarına həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə geniş məlumat verilib.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR