Bakıda konsulluq məsələlərinə dair Azərbaycan-Xorvatiya məsləhətləşmələri keçirilib

Bakıda konsulluq məsələlərinə dair Azərbaycan-Xorvatiya məsləhətləşmələri keçirilib
# 16 aprel 2014 14:26 (UTC +04:00)

Bakı-APA. Bakıda Azərbaycan və Xorvatiya xarici işlər nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 15-də baş tutmuş məsləhətləşmələrdə Azərbaycan tərəfini XİN-in Konsulluq idarəsinin rəisi Mehriban Nəcəfova, Xorvatiya tərəfini isə bu ölkənin Xarici işlər və Avropa məsələləri nazirliyinin Konsulluq idarəsinin rəisi Vinko Lyubiçiç təmsil edib.

Görüşdə Azərbaycanla Xorvatiya arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin uğurla davam etdirilməsi, konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi üçün hazırkı məsləhətləşmələrin keçirilməsinin vacibliyi qeyd edilib.

Həmçinin tərəflər viza rəsmiləşdirilməsi sahəsində mövcud çətinliklərin aradan qaldırılması, konsulluq əməliyyatlarının aparılması, miqrasiya proseslərinin tənzimlənməsi, o cümlədən qanunsuz miqrantların leqallaşdırılması və miqrantların yerli şəraitə uyğunlaşdırılması prosedurları, Xorvatiya ilə Avropa Birliyi arasında qeyri-qanuni yaşayan şəxslərin readmissiyası sahəsində təcrübəsinin öyrənilməsi, readmissiya sazişlərinin tətbiqi mexanizmləri barədə fikir mübadiləsi aparıblar və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR