Zaqatalada Yaponiyanın maliyyə dəstəyi ilə tikilən tibb məntəqəsi istifadəyə verilib

Zaqatalada Yaponiyanın maliyyə dəstəyi ilə tikilən tibb məntəqəsi istifadəyə verilib
# 05 may 2014 18:18 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Qandax kəndində tikilən tibb məntəqəsi Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində reallaşıb.

Tikintisinə ötən ilin sonlarında başlanılmış tibb məntəqəsnin inzibati binası 12 otaqdan ibarətdi və layihənin maliyə dəyəri 121 938 ABŞ dolları təşkil edir. Tibb məntəqəsi labaratoriya, stomotoloq, USM, ginekoloq və sair otaqlardan ibarət olmaqla hamısı lazımi müasir tibbi avadalıqlarla təmin olunub. Tibb məntəqəsinin xidmətlərindən Qandax və ətraf iki kəndin 6 mindən yuxarı sakini yararlana biləcək.

Yeni tibb məntəqəsinin istifadəyə verilməsi ilə təşkil edilən açılış mərasimində Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takaşahi, müvafiq təşkilatların nümayəndələri və yerli sakinlər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR