Rusiyada Azərbaycan üçün istehsal olunmuş döyüş helikopterlərinin sınaqları keçirilir - FOTO

Rusiyada Azərbaycan üçün istehsal olunmuş döyüş helikopterlərinin sınaqları keçirilir - <span style="color: red;">FOTO
# 05 dekabr 2013 08:42 (UTC +04:00)

APA-nın məlumatına görə, Rusiyaya məxsus hərbi internet saytlarında yeni helikopterlərin uçuş testləri zamanı çəkilmiş fotoları yer alıb.

APA-nın əldə etdiyi məlumatlara görə, 20121 və 20124 bort nömrəli helikopterlərin uçuş testləri noyabr ayının ortalarında başlanılıb. Mi-35M helikopterlərinin növbəti partiyası yaxın günlərdə Azərbaycana göndəriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidməti ilə «Rosoboroneksport» şirkəti arasında 2010-cu ilin sentyabrında imzalanmış müqavilə çərçivəsində 24 ədəd Mi-35M tipli döyüş helikopteri alınmalıdır. Rusiya tərəfi helikopterlərin çatdırılmasına 2011-ci ilin dekabr ayından başlayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR