Azərbaycanın iqtisadi inkişaf naziri üç ölkənin səfiri ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri üç ölkənin səfiri ilə görüşüb
# 13 sentyabr 2013 13:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev 3 ölkənin ölkəmizdəki səfirləri ilə görüşüb.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir Ş. Mustafayev İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişeri qəbul edib. Görüşdə Azərbaycan və İsveçrə arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Ş.Mustafayev həmçinin İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillonu qəbul edib. Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bundan başqa, bu gün Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas İqtisadi İnkişaf Nazirliyində olub. Nazir Ş.Mustafayevlə keçirilmiş görüşdə Azərbaycanla Yunanıstan arasında iqtisadi əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR