Çindən İstanbula gəlib siyasi sığınacaq tələb edən 35 uyğur Türkiyədə qalacaq - FOTO

Çindən İstanbula gəlib siyasi sığınacaq tələb edən 35 uyğur Türkiyədə qalacaq - <span style="color: red;">FOTO
# 12 aprel 2014 20:22 (UTC +04:00)

APA-nın məlumatına görə, İstanbul polis idarəsinin Kumkapı səmtində yerləşən əcnəbilər şöbəsinə aparılan 35 uyğur türkü hal-hazırda orada saxlanılır. Əcnəbilər şöbəsindən APA-ya daxil olmuş məlumata görə, Türkiyədən sığınacaq istəyən uyğur türklərinə lazımi diqqət göstərilir. İstanbuldakı Uyğur türkləri dərnəyinin rəhbərləri sığınacaq istəyən soydaşlarla daimi əlaqədə olub, həm onların ehtiyaclarının təmin edilməsinə, həm də tezliklə əcnəbilər şöbəsindən sərbəst buraxılmasına çalışır. Əcnəbilər şöbəsindən APA-ya daxil olan məlumatda da uyğur türklərinin ölkəyə rəsmi daxil olması məsələsinin bazar aprelin 14-də həll ediləcəyi və onların rəsmi şəkildə Türkiyəyə girişinə icazə veriləcəyi bildirilib. Şöbədə saxlanılan uyğur türklərindən də eyni məzmunlu məlumat APA-ya daxil olub.

Çindən qaçaraq hava yolu ilə Türkiyəyə gələn siyasi sığınacaq tələb edən 35 uyğur türkü 25 martdan bəri İstanbulun Atatürk adına aeroportunun tranzit xətlər bölümündə gözlədilirdi. Türkiyə xarici işlər nazirliyinin göstərişinə əsasən, aprelin 12-də onlar aeroportdan çıxarılaraq İstanbul polis idarəsinin Kumkapı səmtində yerləşən polis idarəsinə aparılıb. Lazımi hüquqi proseduranın tamamlanmasından sonra gələn həftənin əvvəlində uyğur türklərinin Türkiyəyə girişinə rəsmi icazə veriləcəyi gözlənilir. İstanbuldakı Uyğur türkləri həmrəylik və yardımlaşma dərnəyi və Türk Dünyası Araşdırmaları Vəqfi siyasi sığınacaq tələb edən uyğur türklərinə hüquqi dəstək vermək üçün vəkillər təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR