Avropa Parlamentinin bolqarıstanlı üzvü: “Sıxlıq ucbatından bir məntəqəyə daxil ola bilmədik”

Avropa Parlamentinin bolqarıstanlı üzvü: “Sıxlıq ucbatından bir məntəqəyə daxil ola bilmədik”
# 09 oktyabr 2013 13:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. “Azərbaycandakı seçkiləri öz ölkəmdəki ilə müqayisə etmək istəyirəm. Məncə, burdakı seçkilər bizdəki seçkilərdən daha ədalətlidir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bolqarıstandan olan beynəlxalq müşahidəçi, Avropa Parlamentinin üzvü Slavtcko Pentelev Binev deyib.

Onun sözlərinə görə, bir neçə seçki məntəqəsində səsvermə prosesini müşahidə edib: “Düşünürəm ki, hər şey qaydasındadır və normaldır. Mən seçkiqabağı hazırlıqları da dəyərləndirmək istəyirəm. Belə bir məlumatım var ki, seçkilərdən əvvəl bütün namizədlərə özlərini ifadə etmək üçün mediada şərait yaradılmışdı. Əhalinin iştirakı çox intensivdir. Hətta sıxlıq ucbatından bir məntəqəyə daxil ola bilmədik. Daha sonra başqa məntəqəyə getdik, nisbətən sakit idi. Prosesləri izləmə şansı əldə etdik. Həmçinin başqa ölkələrdə olduğu kimi seçki saxtakarlığı ilə qarşılaşmadıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR