Ağsu rayonunda ev yanıb, xəsarət alan var

Ağsu rayonunda ev yanıb, xəsarət alan var
# 02 sentyabr 2013 19:50 (UTC +04:00)

Bakı-APA. Ağsu rayonunda ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 16 km aralıda yerləşən Rəhimağalı kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğın zamanı ev sahibinin gəlini əl və üz nahiyyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, yanğınsöndürənlər çatana kimi yaxınları tərəfindən Ağsu mərkəzi rayon xəstəxanasına aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR