Əvəz Temirxan: “İsa Qəmbər və onun qəzeti olan “Yeni Müsavat”ı iqtidar idarə edir”

Əvəz Temirxan: “İsa Qəmbər və onun qəzeti olan “Yeni Müsavat”ı iqtidar idarə edir”
# 06 sentyabr 2013 11:02 (UTC +04:00)

Azərbaycan Liberal Partiyası isə onun tərəfində idi ki, Rüstəm İbrahimbəyov seçkilərdən kənarda qaldığı üçün, siyasi liderlər arasında reytinq səsverməsi keçirək və vahid namizəd elan edək. Mən sədrlik etsəydim, bu məsələni səsverməyə qoyacaqdım. Əgər siyasi lider vahid namizəd kimi reytinq səsverməsində qalib gələrdisə, bu, artıq həmin şəxsin vahid namizəd seçilməsinə şərait yaradacaqdı. Sözsüz ki, bu səsvermədə İsa Qəmbər qalib gəlməyəcəkdi. Biz əvvəllər də təklif etmişik ki, Liberal Partiyadan Lalə Şövkət və ACP-dən Rəsul Quliyev seçkilərə getmir. Qalan 4 siyasi lider öz arasında vahid namizədlə bağlı razılığa gəlməli və öz aralarından vahid namizəd seçməlidir. Bu da reytinq səsverməsi ilə həll olunmalıdır. İsa Qəmbər isə mənim sessiyanı aparmağıma mane oldu. Məndən xahiş etdi ki, bu sessiyanı özü aparsın”.

Bu sözləri APA-ya açıqlamasında Milli Şuranın üzvü, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib.

Ə. Temirxanın sözlərinə görə, Rüstəm İbrahimbəyov seçkidən kənarda qalanda, İsa Qəmbər deyib ki, guya o Rusiya variantını, yəni Rüstəm İbrahimbəyovu, hansınınkı rəhbərliyi altında İsa Qəmbər hələ də Londona görüşə hazırlaşır, o adamı seçkidən kənarda qoymaqla, guya Rusiya proyektini Azərbaycan proyektinə çevirib: “Mən də facebook sosial şəbəkəsində status yazdım və bildirdim ki, Rüstəm İbrahimbəyovun seçkidən kənarda qalmasını anladım, amma onunla çiyin-çiyinə mübarizə aparanların üz döndərməsini anlamadım. Bundan sonra partiya sədrləri ilə görüşəndə, İsa Qəmbər mənə dedi ki, guya mən facebookda onun əleyhinə təbliğat aparıram. Halbuki, mən ad çəkməmişdim. İsa Qəmbər mənə dedi ki, guya Müsavat Partiyası bizə qarşı elə kampaniya aparar ki, bizim “dəymişimiz dura-dura, kalımız tökülər”. Mən isə ona cavab verdim ki, nə istəyirsiniz edin, bizim nə dəymişimiz tökülür, nə də kalımız. 20 ildir, sənin rəhbərliyin altında bir qrup “Yeni Müsavat” qəzetində Azərbaycan xalqına və Azərbaycan müxalifətinə qarşı əks təbliğat aparır. Bundan sonra nə bilirsiniz, onu da edin. Əslində, İsa Qəmbər və onun qəzeti olan “Yeni Müsavat” Milli Şura daxilində qalmaqal yaratmaqla, partiyamızı, Rüstəm İbrahimbəyovu, ACP-ni, “El” hərəkatını vətənə xəyanətdə ittiham etməklə iqtidarın əlinə oynayır. Belə görünür ki, onları iqtidar idarə edir.

Mən İcra aparatının rəhbəri Eldar Namazova Lalə Şövkətin adından müraciət edib demişəm ki, Lalə Şövkət Milli Şuranın iclaslarında iştirak etmədiyindən, onu ALP-dən başqa nümayəndənin əvəz etməsini istəyir. O, yalnız özünün əvəzlənməsini istəyir və gəlin, bunu müzakirə edək. Lakin o bunu elə etmək istəyir ki, Milli Şuraya və onun namizədi Cəmil Həsənliyə xələl gəlməsin. Amma İsa Qəmbər müşavirinin dilindən ALP-nin Milli Şuradan çıxarılmasını tələb etməklə, Milli Şura və Cəmil Həsənlini zərbə altında qoydu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR