Azərbaycanda hərbi çağırışçılarla bağlı hərbi tibbi yoxlama mərkəzlərinin təsis olunması gözlənilir

Azərbaycanda hərbi çağırışçılarla bağlı hərbi tibbi yoxlama mərkəzlərinin təsis olunması gözlənilir
# 18 noyabr 2013 10:20 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” “Səhiyyə haqqında” və bir sıra qanunlara dəyişikliklər layihəsinin müzakirəyə çıxarılması gözlənilir.

Bir qrup deputatın təklifi ilə müzakirəyə çıxarılacaq layihədə Azərbaycanda hərbi çağırışçıların tibbi yoxlamadan keçmə formasının tamamilə dəyişdirilməsi təklif olunur. Bunun üçün bütün ölkə üzrə fəaliyyət göstərən müasir diaqnostika mərkəzlərində hərbi tibbi yoxlama mərkəzlərinin təsis edilməsi nəzərdə tutulur. Həmin mərkəzlər mütəmadi olaraq hərbi xidmət yaşınadək ərazidə qeydiyyatda olan gəncləri müayinə etməli, hərbi çağırışla bağlı tibbi məsələləri nəzarətdə saxlamalıdır. Bu mərkəzlərin fəaliyyəti çağırış dövründən asılı olmayaraq, daimi olacaq. Hazırda isə bu funksiyanı hərbi çağırış dövründən-dövrünə rayon icra hakimiyyətləri tərəfindən müxtəlif şəxslərdən formalaşdırılan hərbi tibbi komissiya həyata keçirir.

Layihənin növbəti il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR