Ağcabədi rayonunda silahlı insident baş verib - VİDEO

Ağcabədi rayonunda silahlı insident baş verib - <span style="color: red;">VİDEO
# 06 dekabr 2013 09:00 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Avşar qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Cahid Hacıbala oğlu Tağıyev 17 il evli olduğu həyat yoldaşı Aytəkin Rəxşənd qızını övladları olmadığına görə atasının evinə göndərib.

Bu hadisədən sonra qadının xalası oğulları, Roman Azər oğlu Aslıxanov və Mirzəli Şirin oğlu Şirinov C. Tağıyevin evinə gələrək evi avtomatla atəşə tutublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR