Gələn ay yeni 100 dollarlıq əsginaslar dövriyyəyə buraxılacaq

Gələn ay yeni 100 dollarlıq əsginaslar dövriyyəyə buraxılacaq
# 26 sentyabr 2013 12:48 (UTC +04:00)

APA-Economics”in “Associated Press”ə istinadən verdiyi məlumata görə, əsginas öz ənənəvi yaşıl rəngini itirib.

Yeni 100 dollarlıq göy, boz və narıncı rənglərdə olacaq və yeni müdafiə vasitələrini əldə edib.

Yeni əsginasların üzərində 100 rəqəmi yazılmış göy rəngli 3D-xətt də olacaq. Bundan başqa, yeni nominalda ABŞ-ın müstəqilliyin rəmzi olan mürəkkəb rəngli Azadlıq Zənginin fotosu əks etdirilib. Əsginas bucaq altında əyildikdə isə mürəkkəb rəngi yaşıl rənginə dəyişiləcək, zəngin şəkli isə itəcək.

Yeni əsginasda dəyişilməz qalan Benjamin Franklinin əksidir.

Qeyd edək ki, ABŞ-da yenilənmiş dollar əsginasları hələ 2010-cu ildə dövriyyəyə buraxılmalı idi. Ancaq pulları istehsal edən avadanlıqlarda texniki nasazlıqların yarandığından bu proses təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR