Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət tərəfindən ödəniləcək
# 03 dekabr 2013 11:28 (UTC +04:00)

APA-nın məlumatına görə, layihə barədə məlumat verən Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, qanuna dəyişikliklər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlıdır.

Dəyişiklik "Təhsil haqqında" qanunun "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanununa edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi ilə edilir. Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR