Ötən ay Bakıda 8 nəfəri gün vurub

Ötən ay Bakıda 8 nəfəri gün vurub
# 03 iyul 2014 09:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin iyun ayında Bakıda 8 nəfəri gün vurub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya bildirib ki, onlardan altısı kişi, ikisi isə qadındır.

Təcili yardıma müraciət edənlərdən 3 nəfər xəstəxanaya yerləşdirilib.

Bu hadisələr Bakının müxtəlif rayonlarında qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR