Bakıda üç qadın barda dava edib

Bakıda üç qadın barda dava edib
# 14 fevral 2014 07:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda gecə klubunda dava olub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xəqani küçəsi-31 ünvanında yerləşən “LİFE” gecə klubunda qeydə alınıb.

Gecə klubunda olan qadınlar - Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Şəbnəm Ramazan qızı Əliyeva, 1986-cı il təvəllüdlü Gülnar Rəfail qızı Abbasova və 1978-ci il təvəllüdlü Bahar Əşrəf qızı Alxanova arasında yaranan münaqişə zəminində dava düşüb.

Hər üç şəxs xəsarətlə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR