Millət vəkili: «Yaxın illərdə Azərbaycanın İT, emal sənayesi və nanotexnologiyalar sahələrinə investisiyalar yatırılacaq».

Millət vəkili: «Yaxın illərdə Azərbaycanın İT, emal sənayesi və nanotexnologiyalar sahələrinə investisiyalar yatırılacaq».
# 27 noyabr 2013 13:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda yaradılmış investisiya mühiti çox əlverişlidir. «APA-Economics»in məlumatına görə, bunu Xəzər Avropa Klubunda iş adamları ilə bu gün keçirilən görüşdə Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə bildirib.


Onun sözlərinə görə, ən iri beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi inkişaf sahəsində, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı əldə edilən uğurları yüksək qiymətləndirir: «Bu gün Azərbaycanda əlverişli investisiya mühitinin olmasını təsdiq edən bir neçə meyar var. Onlardan biri, Azərbaycana investisiya axınıdır».


Millət vəkili qeyd edib ki, son 10 il ərzində Azərbaycana 150 mlrd. ABŞ dollarından çox investisiya qoyulub: «Bunun da xeyli hissəsi xarici investisiyalardır. Dünyanın aparıcı şirkətləri Azərbaycanla əlaqə qurmaq istəyir. Artıq bu istiqamətdə bir çox layihələr mövcuddur».

Z.Səmədzadə deyib ki, gələn il və sonrakı illərdə xarici investorlar tərəfindən Azərbaycanın informasiya texnologiyaları, emal sənayesi, nanotexnologiyaların inkişafına investisiyalar yatırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR