“Muğanbank” nizamnamə kapitalını artırır

“Muğanbank” nizamnamə kapitalını artırır
# 23 aprel 2014 08:46 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Bu gün Bakı Fond Birjasında “Muğanbank” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanır. Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 5 mln. manat, bir səhmin nominal dəyəri 200 manat təşkil edib.

Yerləşdirmədə anderrayter kimi “Texnika Kapital Menecment” MMC çıxış edəcək. Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 12,1% artaraq 46 mln. 305,8 min manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR