“AXA MBASK” sığorta şirkəti növbəti seminarını Lənkəranda keçirib - FOTO

“AXA MBASK” sığorta şirkəti növbəti seminarını Lənkəranda keçirib - <span style="color: red;">FOTO
# 20 may 2014 08:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “AXA MBASK” sığorta şirkəti ölkə ərazisində əhalinin sığorta mədəniyyətinin səviyyəsini artırmaq məqsədilə “AXA MBASK Akademiya” proqramı çərçivəsində “AXA MBASK əhalini sığorta sahəsində maarifləndirir” adlı sosial layihəni davam etdirir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, layihənin əsas məqsədi iştirakçıları sığorta ilə yaxından tanış etmək, onun tarixi, əhəmiyyəti, məhsullar, distribütor kanalları, yerli və beynəlxalq bazarlarda cari vəziyyəti, bazar iştirakçılarının üzləşdiyi problemlər və onların həlli yolları barədə məlumat verməkdən ibarətdir.

Lənkəran şəhərində keçirilən üçüncü seminarda 150-yə yaxın insan iştirak edib. Seminarda şirkətin aparıcı mütəxəssisləri könüllü sığorta ilə icbari sığortanın fərqlərindən başlayaraq əsas sığorta məhsulları və satış kanallarının xüsusiyyətləri kimi müxtəlif mövzuları ətraflı izah edib. Sığorta hadisəsi baş verdikdən sonra sığorta iddialarının tənzimlənmə qaydaları və prosedurları ayrıca blokda işıqlandırılıb.

Çıxış edənlər sığortaya aid terminlərdən istifadə etməməyə çalışıb, anlaşılmayan məqamlar olduğu halda iştirakçılara ətraflı izahat verib. Seminarın sonunda brifinq təşkil olunub və burada iştirakçılar mühazirəçilərə təqdimatlarla bağlı suallar veriblər.

Qeyd edək ki, layihə çərçivəsində indiyədək Quba və Gəncə şəhərlərində belə tədbir keçirilib. Şirkət rəhbərliyi əmindir ki, əhalinin maliyyə sahəsində savadının artırılması ümumilikdə həm regionun iqtisadiyyatına, həm də vətəndaşların rifahı və gəlirinin səviyyəsinə də müsbət təsir göstərir. Gələcəkdə müntəzəm olaraq ölkənin müxtəlif regionlarında da buna bənzər seminarlar keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan “AXA MBASK” Sığorta Şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb. Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində “İlin sığorta şirkəti” kimi altı beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR