Ukraynalı deputat: “Ali Rada Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir”

Ukraynalı deputat: “Ali Rada Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir”
# 11 sentyabr 2013 11:54 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ali Radanın Ukrayna-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Valeri Dubil ilə görüşüb.

APA-nın xəbərinə görə, görüş zamanı V.Dubil iki ölkənin parlamentləri arasında əməkdaşlığın vacibliyini qeyd edib və münasibətlərin inkişaf dinamikasından məmnun olduğunu vurğulayıb.

Ukrayna parlamentinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən V.Dubil işçi qrupuna Ali Radada təmsil olunan bütün fraksiyalardan qırxa yaxın deputatın daxil olduğunu söyləyib.

Öz növbəsində E.Mədətli bildirib ki, Azərbaycan parlamentinin işçi qrupunun üzvləri artıq Ukraynaya səfər ediblər: “İndi isə səfər növbəsi ukraynalı deputatlarındır”. Səfir V.Dubili 31 oktyabr-1 noyabr tarixlərində Bakıda Azərbaycan prezidentinin himayəsi ilə ənənəvi olaraq keçirilən III Bakı Beynəlxalq Humanitar Forumuna dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR