DİN-in Respublika Hospitalının və Tibb İdarəsinin yeni rəisləri kollektivə təqdim edilib

DİN-in Respublika Hospitalının və Tibb İdarəsinin yeni rəisləri kollektivə təqdim edilib
# 24 yanvar 2014 16:28 (UTC +04:00)

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirəni açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Tibb İdarəsinin və Respublika Hospitalının yeni rəislərini kollektivə təqdim edib. O, əmin olduğunu bildirib ki, sürətlə dəyişən və inkişaf edən səhiyyə sistemləri ilə ayaqlaşa bilmək üçün müvafiq təkliflər hazırlanacaq: “Tibb işçiləri bütün bilik və bacarıqlarını sərf edərək əməkdaşlarımızın, onların ailə üzvlərinin, daxili işlər orqanları təqaüdçülərinin və ümumən, vətəndaşlarımızın sağlamlığı keşiyində ayıq-sayıq dayanacaqlar”.

Tibb İdarəsinin rəisi Mahmud Yusifov və hospitalın rəisi Ramiz Əkbərov onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, tibbi xidmətin daha da yaxşılaşdırılması, işdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün var qüvvələrini əsirgəməyəcəklərinə söz veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR