Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sabiq sədri kassasiya şikayəti verib

Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sabiq sədri kassasiya şikayəti verib
# 16 sentyabr 2013 07:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sabiq sədri Vahid Gülmalıyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

APA-nın məlumatına görə, kassasiya şikayətinə sentyabrın 18-də baxılacaq.

İttihama görə, V. Gülmalıyev əlillik dərəcəsinin təyin olunması üçün 2-ci qrup əlil Talıb Fərəcovdan rüşvət tələb edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Gülmalıyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti isə təmin edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR