® Bakıda Britaniya Məktəbi - yeganə akkreditə olunmuş orta məktəb - FOTO

<font color=red>® </font>Bakıda Britaniya Məktəbi - yeganə akkreditə olunmuş orta məktəb - <span style="color: red;">FOTO
# 30 yanvar 2014 08:40 (UTC +04:00)

Bakı - APA. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra dünyanın bir çox ölkələri ilə iqtisadi-mədəni əlaqələrimiz yarandı. Avropaya inteqrasiya olduq, dünya Azərbaycanı, Azərbaycan dünyanı tanıdı. Aparılan düzgün siyasətimizlə, bilik-bacarığımızla dünyanı “ələ ala” bildik. Bu gün on minlərlə azərbaycanlı tələbə də dünyanın ən mötəbər, adlı-sanlı, tanınmış universitetlərində təhsil alır. Eyni zamanda, çoxlu əcnəbi tələbə bizim təhsil ocaqlarımızda oxuyur. Bütün bunlar Azərbaycan təhsilinin qazandığı uğurlardan, müvəffəqiyyətlərdən xəbər verir.

İndi respublikamızda bir neçə xarici ölkə proqramı və dərslikləri üzrə orta məktəb fəaliyyət göstərir. Belə məktəblərin məqsəd və məramları dünya xalqlarının dilini gənc nəslə öyrətmək, bu istiqamət üzrə mükəmməl kadr yetişdirməkdir. Şagirdlər həm dil öyrənir, həm də dünyagörüşləri formalaşır. Bu gün əcnəbi dili yaxşı mənimsəyən yeniyetmələr, sabah xarici ölkələrdə vətənimizi təmsil edəcəklər. Onlar Azərbaycan haqqında, onun tarixi keçmişi və bu günü ilə bağlı həqiqətləri dünya xalqlarına çatdıra biləcəklər.

Bakıda fəaliyyət göstərən orta ümumtəhsil innovasiyalar məktəbi (Bakıda Britaniya Məktəbi – British School in Baku) yuxarıda sadaladıqlarımız keyfiyyətlərə malik tədris-tərbiyə müəssisələrindəndir.

“BSB” Tam Orta İnnovasiyalar Məktəbi (British School in Baku) 2007-ci ildən etibarən fəaliyyət göstərir. Məktəb, Britaniya təhsil standartlarına cavab verən, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris plan və proqramını tətbiq edən özəl məktəbdir. Hal-hazırda məktəbdə 500-ə yaxın şagird təhsil alır. “BSB” Tam Orta İnnovasiyalar Məktəbinin hər il 30-a yaxın məzunu olur və bu məzunların əksəriyyəti dünyanın nüfuzlu universitetlərində təhsil alır. “BSB” Tam Orta İnnovasiyalar Məktəbi yeganə məktəbdir ki, məzunlara Azərbaycanın milli Attestatı ilə yanaşı, beynəlxalq İGCSE və A Level diplomları da verir. Məktəbdə yerli müəllimlərə yanaşı, 40-dan çox yüksək ixtisaslı xarici müəllimlər də çalışır.

“BSB” Tam Orta İnnovasiyalar Məktəbi CIS (Beynəlxalq Məktəblər Şurası), CIE (Kembric Beynəlxalq İmtahanlar Şurası), Edexcell İmtahanlar Mərkəzi və QCA (Böyük Britaniyanın Tədris və İxtisas Assosiasiyasının) rəsmi üzvüdür.

“BSB” Tam Orta İnnovasiyalar Məktəbi artıq 3 ildir ki, Böyük Britaniya hökumətinin rəsmi akkreditasiyasını əldə etmək üçün COBIS-ə (Britaniya Beynəlxalq Məktəblər Şurası) müraciət etmiş və bu 3 il ərzində, məktəb dəfələrlə həmin qurum tərəfindən təftiş olunmuşdur. Son təftiş isə 2013-cü il noyabr ayının ilk həftəsində olmuş və bu zaman məktəbin maddi-texniki bazası, təhlükəsizlik, proqramların tətbiqi, müəllim və şagird heyəti ciddi yoxlanılmışdır. Nəticədə, “BSB” Tam Orta İnnovasiyalar Məktəbi COBIS (Britaniya Beynəlxalq Məktəblər Şurası) tərəfindən akkreditasiyadan keçərək, Birləşmiş Krallığın Təhsil Departamenti tərəfindən Azərbaycanda fəaliyyət göstərən Britaniya standartlarına tam şəkildə cavab verən yeganə məktəb kimi tanınmışdır. Əldə olunan uğurlara aydınlıq gətirmək üçün məktəbin direktoru, hüquq elmlər doktoru, professor Samir Vəliyevlə görüşüb, söhbət etdik.

- Məktəbimizin Azərbaycan təhsil sistemində ilk dəfə olaraq beynəlxalq Britaniya akkreditasiyası alması bizi qürurlandırır. Hesab edirik ki, bu uğur Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir, eyni zamanda, bu nəticənin əldə olunmasında şəxsən cənab nazır Mikayıl Cabbarovun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin böyük əməyi vardır.

“BSB” Tam Orta İnnovasiyalar Məktəbi – British School in Baku yeganə orta mıəktəbdir ki, azərbaycanlı gənclər dünya standartlarına cavab verən, Britaniya və Azərbaycan milli tədris proqramları əsasında təhsil ala bilərlər.

Təbii ki, Britaniya məktəbini Britaniyalılardan yaxşı heç kim qura bilməzdi və məhz buna görə də məktəbin rəhbər heyəti Britaniyalılardan ibarətdir. British School in Baku yeganə orta məktəbdir ki, məzunlara Azərbaycan milli attestatı ilə yanaşı, Britaniyanın IGCSE və A Level diplomları verir. Bu diplomlarla məktəbimizin məzunları istənilən dünya universitetlərinə birbaşa vəsiqə qazanmış olurlar.

Məktəb, geniş kitabxana, rəsm, musiqi və İKT otaqları, idman zalları daxil olmaqla yüksək keyfiyyətli ixtisaslaşdırılmış avadanlıqla təchiz olunmuşdur. Sinif otaqlarının hər birində dərs keçməyə və öyrənmə məqsədiylə geniş internet resurslarından istifadə etməyə imkan yaradan interaktiv lövhələr, kompüterlər və proyektorlar vardır. Siniflərin əksəriyyəti Britaniyadan gətirilmiş müasir və beynəlxalq standartlara uyğun mebellərlə təmin olunmuşdur. İstifadə olunan kitabların hər biri İngiltərədən gətirilmiş, belə desək, orijinal kitablardır.

Məktəbin valideynlərlə sıx əlaqədə olması çox əhəmiyyətli olduğundan, biz mütəmadi olaraq onlara övladlarının müvəffəqiyyətləri haqqında məlumat göndəririk. Həmçinin, ildə 3 dəfə valideynlər iclası keçirir və hər ilin sonunda illik qiymətlər vərəqəsini valideynlərə təqdim edirik.

Şagirdlər, fizika, kimya və biologiya fənləri üzrə yüksək səviyyədə təchiz olunmuş laboratoriyalarla, rəsm, musiqi, kompüter otaqları, kitabxana, resurs mərkəzi daxil olmaqla ixtisaslaşdırılmış avadanlıqla təmin olunub. Sinif otaqlarının əksəriyyəti interaktiv lövhələrlə təmin olunmuşdur. Qeyd edək ki, informasiya və kommunikasiya texnologiyaları tədris prosesinin əhəmiyyətli elementləridir. Məktəb ərazisində fəaliyyət göstərən simsiz internet xidməti istənilən sinif otağından internetə daxil olmağa imkan yaradır. Dərs vəsaitlərinin hamısı Böyük Britaniyadan sifariş olunur.

12-ci siniflərdə şagirdlərə universitetlərə qəbulla bağlı istiqamət və tövsiyələr verilir. Onlara universitetlərə qəbul anketlərinin doldurulmasında təcrübəli mütəxəssislər köməklik göstərir.

Biz də öz növbəmizdə Bakıda Britaniya Məktəbinə (British School in Baku) müvəffəqiyyətlər, yeni-yeni uğurlar arzulayırıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR