Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb - VİDEO

Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb - <span style="color: red;">VİDEO
# 28 noyabr 2013 13:00 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayav - APA. Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 14 radələrində Lənkəran-Lerik avtomobil yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 1962-ci il təvəllüdlü Akif Əziz oğlu Şahverdiyevin idarə etdiyi 42-BN-627 dövlət nömrə nişanlı, “VAZ 21-07” markalı avtomobil Lerik istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək dərəyə yuvarlanıb.

Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR