Rusiya şirkəti Bakıda keçiriləcək ADEX-2014 sərgisində bir neçə tank və zirehli döyüş texnikası nümayiş etdirəcək - FOTO

Rusiya şirkəti Bakıda keçiriləcək ADEX-2014 sərgisində bir neçə tank və zirehli döyüş texnikası nümayiş etdirəcək - <span style="color: red;">FOTO
# 08 may 2014 08:40 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Rusiyanın «Uralvaqonzavod» şirkəti sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində bir neçə tank və zirehli döyüş texnikasını əyani şəkildə nümayiş etdirəcək.

Bu barədə APA-ya «Uralvaqonzavod» şirkətinin əməkdaşları məlumat veriblər.

Şirkət sərgidə T-90 döyüş tankının yeni modifikasiyası olan T-90SM əsas döyüş tankı və BMPT “Terminator-2” döyüşə atəş dəstəyi maşınını və onun məsafədən idarə olunan robot modelini sərgiləməyi planlaşdırır.

Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında T-90S tankları yer alır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR