Ştefan Füle: “Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyinə qəbul olunmalıdır”

Ştefan Füle: “Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyinə qəbul olunmalıdır”
# 30 may 2014 10:12 (UTC +04:00)

Bakı – APA. Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Ukrayna, Moldova və Gürcüstanın AB-yə üzv qəbul olunmasına tərəfdar olduğunu bəyan edib. APA-nın xəbərinə görə, Ş. Füle Almaniyanın “Die Welt” qəzetinə açıqlamasında bildirib ki, avrointeqrasiya perspektivi şərqi Avropa ölkələrində islahatların aparılması üçün yaxşı stimuldur. O deyib ki, Ukrayna ilə assosiasiya sazişi ikitərəfli əməkdaşlığın son məqsədi deyil.

Xatırladaq ki, Rusiya, Belarus və Qazaxıstan Avrasiya İqtisadi Birliyinin yaradılması haqqına müqavilə imzalayıb. Ermənistan və Qırğızıstanın da bu quruma qoşulacaqları nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR