“Bank Standard” yeni filial açıb

“Bank Standard” yeni filial açıb
# 14 fevral 2014 13:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Bank Standard” Bakı şəhəri, Bülbül prospekti 56 ünvanında (Xoreoqrafiya məktəbinin yaxınlığında) yeni - sayca 15-ci “Korporativ” filialını açıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, filialın açılmasında əsas məqsəd günbəgün artan müştəri bazasına daha da keyfiyyətli və operativ xidmət göstərməkdir.

“Korporativ” filialı hüquqi və fiziki şəxslərə hesablaşma-xəzinə, depozitlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri və s. üzrə mükəmməl xidmət səviyyəsini təmin edəcək.

Filial həftəiçi hər gün saat 09:30-dan 17:00-dək, şənbə günləri isə saat 09:30-dan 13:00-dək çalışır. “Bank Standard” filiallarının tam siyahısı ilə göstərilən linkdə tanış ola bilərsiniz: https://bankstandard.com/az/department/.

Daha ətraflı məlumatı isə https://bankstandard.com/az/ rəsmi saytından və ya 158 qısa nömrəsinə zəng vurmaqla əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR