Kiyevdə Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib - VİDEO

Kiyevdə Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib - <span style="color: red;">VİDEO
# 14 iyun 2014 21:05 (UTC +04:00)

Bakı-APA. Kiyevdə Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları səfirliyin qarşısında dalğalanan Rusiya bayrağını qopararaq, diplomatik nümayəndəliyə məxsus avtomobilləri çevirib, binaya yumurta atıb, daş-qalaq ediblər.

Məlumata görə, aksiyaya 300-dək insan qatılıb.

Aksiya iştirakçıları Rusiya tanklarının Ukrayna ərazisinə soxulmasına və Luqanskda 49 hərbçinin ölümü ilə nəticələnən “İL 76” hərbi-yük təyyarəsinin vurulmasına etiraz edirlər.

Məlumata görə, etirazçılar səfirliyin girişinə avtomobil şinləri toplayıb. Etirazçılar “Faşistlər”, “Putinlə danışıqlara yox!”, “Kreml Ukraynadan əlini çək!” şüarları səsləndirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR