Prezident Dövlət Neft Fondunun 2014-cü il büdcəsini təsdiq edib

Prezident Dövlət Neft Fondunun 2014-cü il büdcəsini təsdiq edib
# 19 dekabr 2013 19:48 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, fərmana əsasən ARDNF-ın 2014-cü il büdcəsinin gəlirləri 11 626 943,4 min manat, xərcləri 11 349 934,8 min manat məbləğində təsdiq edilib.

Prezident “2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)” və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası”nı da təsdiqləyib. ARDNF-a bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR